“Müharibə vadisi” (“Hacksaw Ridge”), “Nəfəs” (“Breathe”) və “Sosial şəbəkə” (“The Social Network”) kimi uğurlu filmlərdə rol alan Qarfild son illərdə çox məhsuldar bir dövr keçirdi. İki dəfə “Oscar”a namizəd göstərilən 42 yaşlı aktyor, “Hörümçək-Adam: Evə yol yoxdur” (“Spider-Man: No Way Home”) filmində Piter Parker roluna qayıdıb, ardınca “Tick, Tick… Boom!” filmində Conatan Larson obrazı ilə böyük reytinq qazanmışdı.
Qarfild son olaraq “Oscar” namizədi italyan rejissor Luka Quadaqninonun (Luca Guadagnino) ərsəyə gətirdiyi yeni həyəcanverici filmi “After the Huntda” rol aldı.
Filmdə istedadlı professor Almanın tələbəsi Maqqi və həmkarı Hank arasında yaşanan böhrandan bəhs edilir. Alma bu prosesdə öz keçmişinə dair qaranlıq sirlərin açığa çıxmasından qorxur.
Filmdə Qarfildə “Oskar” sahibi Culiya Roberts və məşhur “The Bear”ın serialının ulduzu Ayo Edebiri də tərəf müqabili olur..
Avqust ayında Venesiya Film Festivalında təqdim olunan “After the Hunt” tənqidçilərin əksəriyyətindən mənfi rəy aldı.
“Rotten Tomatoes” saytında 163 rəyə görə filmin bəyənmə faizi yalnız 39%, izləyici qiymətləndirməsi isə 34% olaraq qeyd olunub.
Tənqidçilər filmin əsas hekayəyə sadiq qala bilmədiyini və sosial-siyasi mövzuları düzgün işləyə bilmədiyini vurğulayırlar. “#MeToo” isə qeyd edib ki, elit fərqliliyi və nəsil ziddiyyətləri kimi fəlsəfi elementlər hekayədə uyğun bir şəkildə birləşdirilə bilməyib.
Qarfild “RadioTimes”a verdiyi müsahibədə filmin aldığı fərqli reaksiyaları normal qarşıladığını bildirib: "Bu qədər subyektiv reaksiyalar almaq məncə olduqca yaxşıdır. Çünki bir nöqtədə əsas hekayə də bu olur. Bəlkə də bu proses daha təkmilləşdirici, canlandırıcı və çağırışa səbəb ola bilər”.