Vaxt.Az

Almaniyada müsəlman qəbiristanlığına hücum


 

Məzar daşları dağıdıldı

Almaniyada müsəlman qəbiristanlığına hücum Almaniyanın müsəlman məzarlığı naməlum şəxslər tərəfindən vandalizmə məruz qalıb. Essen şəhərindəki “Friedhof Am Hallo” qəbiristanlığında baş verən hadisə zamanı çoxsaylı 40-dan çox məzar daşı qırılıb, anı lövhələri, lampalar dağıdılıb, çiçəklər sökülüb və məzarlıq sahəsi zədələnib.

Hadisəni araşdıran şəhər polisinin Dövlət Təhlükəsizliyi Şöbəsi dini motivli nifrət hadisəsi ehtimalını da araşdırır. Təhlükəsizlik kameralarını araşdıran polis ətrafdakı şahid ifadələri toplayır. Hələlik hər hansı bir şübhəli müəyyən edilməyib.

Essen İslam və məscidlər komissiyası və digər türk təşkilatları Türkiyənin konsulluq rəsmiləri ilə birlikdə hadisə yerində olublar. Türkiyənin Essen şəhərindəki konsulu Taylan Özgür Aydın hadisə yerində araşdırmalar apararaq məzar sahibləri ilə görüşüb və hücumu provokasiya kimi qiymətləndirib.

Essen əvvəlki illərdə də Nordfriedhof məzarlığında oxşar hücumlarla gündəmə gəlib. Yerli icmalar şübhəlilərin ələ keçirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çağırışı edir.

 





21.10.2025    çap et  çap et