Vaxt.Az

“Mavi əbədiyyət”


 

Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər

“Mavi əbədiyyət” Qazaxıstan musiqiçiləri Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə dahi ifaçımız Müslim Maqomayevin “Mavi əbədiyyət” (“Синяя вечность”) mahnısını ifa edib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.

“Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslim Maqomayevin repertuarından “Синяя вечность mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər”, – deyə Hikmət Hacıyevin paylaşımında bildirilir.

 





21.10.2025    çap et  çap et