Vaxt.Az

Öskürək dərmanlarının yarıdan çoxu təsirsiz çıxdı


 

Avropada aparılan araşdırma dərman biznesinə ağır zərbə vurdu

Öskürək dərmanlarının yarıdan çoxu təsirsiz çıxdı Avropanın nüfuzlu istehlakçı nəzarət qurumu “Stiftung Warentest” aptek və marketlərdə reseptsiz satılan 27 fərqli öskürək dərmanını təhlil edib.

Araşdırmanın nəticələri AB-də ciddi müzakirələrə səbəb olub – testdən keçən məhsulların yalnız 14-ü “məhdud şəkildə uyğun”, qalan 13-ü isə “demək olar ki, təsirsiz” hesab edilib.

Mütəxəssislər bildiriblər ki, həm bitki tərkibli, həm də kimyəvi əsaslı öskürək siroplarının çoxunda elmi cəhətdən sübut olunmuş müalicəvi təsir yoxdur. Xüsusilə quru öskürək üçün nəzərdə tutulan bəzi preparatlarda yan təsir və asılılıq riski müşahidə olunur.

“Stiftung Warentest” həkim məsləhəti olmadan dərman istifadəsi əvəzinə sadə, ev şəraitində tətbiq edilə bilən üsulları tövsiyə edib. Mütəxəssislərin tövsiyələri arasında – bir qaşıq bal, bitki çayları, ilıq içkilər, buxar vannası kimi təbii rahatladıcı üsullar yer alır.

Araşdırma göstərib ki, bu üsullar bəzən bəzi dərmanlar qədər təsir göstərə bilir.

Həkimə nə vaxt müraciət edilməlidir?

Həkimlərə deyir ki, öskürək 8 həftədən artıq davam edərsə, nəfəs darlığı, yüksək hərarət və ya qanlı bəlğəm kimi simptomlar müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Bundan başqa, istehlakçılara öskürək dərmanı alarkən məhsulun hansı tip öskürək üçün – quru, yoxsa bəlğəmli – nəzərdə tutulduğuna diqqət etmələri tövsiyə olunur.

 





21.10.2025    çap et  çap et