Vaxt.Az

Tramp Ağ Evin bir hissəsini dağıdır


 

Yeni bal zalı inşa edilir

Tramp Ağ Evin bir hissəsini dağıdır ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni bal zalının tikintisinə başlayıb. Layihə çərçivəsində binanın bir hissəsində söküntü işlərinə start verilib. Bu, məşhur iqamətgahda son yüz ildən çox müddətdə həyata keçirilən ən böyük tikinti layihələrindən biri kimi qiymətləndirilir.

Tramp “Truth Social” sosial platformasında paylaşım edərək, “Ağ Evdə yeni, böyük və möhtəşəm bir bal zalının inşasına başlanıldığını elan etməkdən məmnunam”.

AFP-nin müxbirləri prezident iqamətgahının şərq qanadında buldozerlərin söküntü işləri apardığını təsdiqləyib.

Yeni zalın 8 min kvadratmetrdən çox sahəyə malik olacağı və 1000 nəfərlik nəzərdə tutulduğu bildirilir. Layihənin dəyəri 250 milyon dollar məbləğində qiymətləndirilir. Trampın sözlərinə görə, zal əsasən xarici dövlət başçılarının şərəfinə verilən ziyafətlər və digər mühüm rəsmi tədbirlər üçün istifadə olunacaq.

Hazırlanmış layihə maketlərinə əsasən, çox hündür pəncərələri olan nəhəng ağ bina, hazırda əsasən birinci xanımın ofislərinin yerləşdiyi Şərq Qanadının yerində tikiləcək.

Tramp dünən açıqlamasında bu qanadın “tam şəkildə yeniləndiyini” və “işlər tamamlandıqda əvvəlkindən daha gözəl görünəcəyini” qeyd edib. Respublikaçı lider əlavə edib ki, tikinti tamamilə “səxavətli vətənpərvərlərin və böyük şirkətlərin”, xüsusilə də amerikalı vətəndaşların ianələri hesabına maliyyələşdirilir.

Ağ Ev 1800-cü ildən bəri ABŞ prezidentlərinin rəsmi iqamətgahı və iş yeridir. Ölkənin ikinci prezidenti Con Adams burada yaşayan ilk şəxs olub.

 





21.10.2025    çap et  çap et