Vaxt.Az

“Əməkdaşlığa maraq kifayət qədərdir”


 

Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”

“Əməkdaşlığa maraq kifayət qədərdir” Ukrayna Prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada bildirib ki, ölkəsi lazımi sayda “Patriot” raket sistemlərinə davamlı çıxışı təmin etmək məqsədilə Amerika Birləşmiş Ştatları ilə sıx əməkdaşlıq aparır.

Vaxt.AZ xəbər verir ki, Zelenski ötən həftə Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşdükdən sonra “X” platformasındakı paylaşımında, “Bu asan iş deyil, amma bu, Ukraynanın təhlükəsizlik təminatlarından biridir və uzunmüddətli perspektivdə öz nəticəsini verəcək”, – deyib.

Dövlət başçısı Vaşinqton səfəri zamanı, Rusiya ilə müharibə vəziyyətində olan ölkəsinin ehtiyac duyduğu “Patriot” raketlərini və digər silahları istehsal edən müdafiə şirkətlərinin nümayəndələri ilə də görüşdüyünü vurğulayıb: “Ukrayna ilə əməkdaşlığa maraq kifayət qədərdir. Ukrayna etibarlıdır. Vaşinqtonda siyasi səviyyədə də bunun üçün yetərli dəstəyin olması vacibdir”.

“Financial Times” qəzetinin iki gün qabaq yaydığı məlumata görə, ABŞ Prezidenti Tramp, Zelenskiyə Rusiyanın müharibəni dayandırmaq üçün irəli sürdüyü şərtləri qəbul etməyi tövsiyə edib və əks halda Vladimir Putinin Ukraynanı “tamamilə məhv edəcəyini” söyləyib.

Qəzet həmçinin yazır ki, Tramp Zelenskidən bütün Donbas bölgəsinin Rusiyaya verilməsini tələb edib.

 





21.10.2025    çap et  çap et