Vaxt.Az

Bir gündə 252 dollar


 

Qızılda 12 ilin ən böyük ucuzlaşması

Bir gündə 252 dollar Qızıl qiymətli metallar bazarında geniş yayılmış satışların təsiri ilə 2013-cü ildən bəri ən böyük ucuzlaşmanı yaşayıb, gümüş isə 2021-ci ildən bəri ən sərt geriləməsini qeydə alıb.

Vaxt.AZ xəbər verir ki, həftələrdir davam edən və ard-arda rekordlar qıran qiymətli metal dünən 4.381,52 dollarla yeni zirvəyə çatdıqdan sonra bu gün yüzdə 6,3 ucuzlaşıb.

Qiymətli metalı aşağı çəkən amillər arasında Çin və ABŞ arasında müsbət ticarət danışıqları, güclənən dollar, ABŞ-da hökumətin bağlanması səbəbindən investor mövqelərində qeyri-müəyyənlik və Hindistanda mövsümi alış həvəsinin sona çatması yer alır.

ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Şi Cinpingin gələn həftə ticarət mövzusunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün görüşəcəyi xəbəri təhlükəsizlik limanına tələbi bir qədər azaltdı. ABŞ dollarının yüksəlməsi isə qiymətli metalları bir çox alıcı üçün daha bahalı edib.

Bu il təxminən yüzdə 80 artan gümüş də bu gün düşüşə keçib.

Nyu-York birjasında qızıl unsiyasının qiyməti Bakı vaxtilə saat 22:02-də 5,2% düşərək (252 dollardan çox) 4.129,37 dollar, gümüş isə 48,38 dollarla 7,8% ucuzlaşıb.

 





21.10.2025    çap et  çap et