Vaxt.Az

Neft bahalaşdı


 

ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi

Neft bahalaşdı Dünya bazarında neft qiymətlərində bahalaşma olub. “Brent” markalı neftin bareli 1.02 dollar, və ya 1.75 faiz bahalaşaraq 62.34 dollar, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 1 dollar və ya 1.74 faiz bahalaşaraq 58,25 dollar olub. Qiymətlərin bahalaşmasına səbəblərdən biri ABŞ-da xam neft və benzin ehtiyatlarındakı azalma olub.

Vaxt.Az xəbər verir ki, Amerika Neft İnstitutu (API) ABŞ-da xam neft, benzin və distillə məhsulları ehtiyatlarında azalma qeydə alındığını açıqlayıb.

API-nin məlumatına görə, oktyabrın 17-də başa çatan həftədə xam neft ehtiyatları 2,98 milyon barel azalıb. Halbuki, əvvəlki həftə ehtiyatlar 7,36 milyon barel artmışdı.

Benzin ehtiyatları 236 min, distillə məhsulları ehtiyatları isə 974 min barel azalıb.

Əvvəlki həftə isə benzin ehtiyatlarında 2,99 milyon barel artım, distillə məhsullarında isə 4,79 milyon barel azalma müşahidə olunmuşdu.

Enerji Nazirliyi (DoE) neft və neft məhsullarına dair rəsmi ehtiyat göstəricilərini Bakı vaxtilə saat 18:30-da açıqlayacaq.

 





22.10.2025    çap et  çap et