Vaxt.Az

Tanınmış vəkilin evi qarət olundu


 

“Ən çox təsir edən mərhum anamın yadigarı olan xalçanın aparılmasıdır”

Tanınmış vəkilin evi qarət olundu Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub. Bu barədə məlumatı vəkilin özü paylaşıb.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən həyət evinə daxil olan oğrular bir çox əşyaları aparıblar: “Televizor, xalçalar, kombi, qab-qacaq, bahalı suvenirlər və digər məişət əşyalarını oğurlayıblar. Mənə ən çox təsir edən isə mərhum anamın yadigarı olan qədimi xalçanın aparılmasıdır”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə dərhal polis çağırılıb: “İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürüldü. İstintaq hərəkətləri həyata keçirildi. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

 





22.10.2025    çap et  çap et