Vaxt.Az

Erməni nazirə cinayət işi açıldı


 

Ukrayna «Birtərəfli atəşkəs» elan etməyə hazırlaşır

Erməni nazirə cinayət işi açıldı Ukrayna prezidenti rusiyapərəst qüvvələrə silahı yerə qoymağa imkan vermək üçün hökümət qoşunılarına birtərəfli qaydada atəşi kəsmək göstərişini verməyə hazırlaşır.


İnterfax-Ukrayna agentliyinin yaydığı xəbərə əsasən, Petro Poroshenko qısa bir zamanda sülh planının tətbiq olunmağa başlayacağını elan edib.

Poroşenkonun bəyanatı onun prezident Vladimir Putinlə telefon danışığından sonra edilib.

Ukrayna və Rusiya prezidentləri arasında aparılmış telefon danışığı zamanı Uraynanın şərqində yaranmış böhranlı vəziyyətin müzakirə edildiyi bildirilib.

Bu arada Rusiya İstintaq Komitəsi Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyski və Ukrayna DİN rəhbəri Arsen Avakova qarşı çinayət işi açıb.

Onlar «qətllər təşkil etməkdə» və «qeyri-qanuni yollarla müharibə aparmaqda» ittiham olunublar.

Rusiya rəsmiləri Ukraynanın şərqində Ukrayna qoşunlarının keçirdiyi hərbi əməliyyatı «cəza əməliyyatı» adlandırırlar.

Ötən gün Rusiyanın VQTRK şirkətinin iki jurnalisti minomyot atəşinə düşürək həlak olublar.

BMT Təhlükəsizlik Şurası rəsmi Kiyevi VQRTK jurnalistlərinin ölümünü araşdırmağa çağıran bəyanat dərc edib.

«Jurnalistlər getdikcə daha çox sayda Ukrayna silahlı qüvvələrinin qurbanına çevrilirlər», BMT-də keçirilmiş iclasın gedişində Rusiya daimi nümayəndəsi Vitali Çurkin deyib.

Onun Ukraynalı həmkarı Yuri Sergeyev isə deyib ki, jurnalistlərin ölümü ilə nəticələnmiş döyüş separatçıların Ukrayna qoşunlarına hücumundan sonra başlayıb.

Sergeyevin sözlərinə görə, «jurnalistlərə dəbilqə taxmaq və zirehli gödəkcə geymək tövsiyyə edilsə də, onlar buna əməl etməyiblər».

 





18.06.2014    çap et  çap et