Nigeriyanın fövqəladə vəziyyət xidmətlərinin məlumatına görə, dünən Niger əyalətində baş vermiş yol qəzası nəticəsində bir yanacaq tankeri partlayıb. Hadisə nəticəsində ən azı 29 nəfər ölüb, 42 nəfər yaralanıb.
Fövqəladə vəziyyət xidmətlərinin koordinatori İbrahim Husseyni AFP-yə açıqlamasında, “Bir yanacaq tankeri aşdı, bəzi insanlar tankerdən yanacaq götürməyə çalışarkən partlayış baş verdi və tanker alovlandı”.
çap et