Vaxt.AZ Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 40 yaşlı Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Samir Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyənləşib. Qadın izi itirmək üçün ərini basdırdığı yerdə güllər əkibmiş.
Cinayətdə şübhəli bilinən E.İbrahimova həbs olunub. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.