Vaxt.Az

6 ayda 612 nəfər edam edilib


 

BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi

6 ayda 612 nəfər edam edilib İranda edam, işkəncə və azlıqlara qarşı yeni repressiya dalğası, həmçinin mədəni azdlıqların məhdudlaşdırılması narahat edicidir.

Vaxt.AZ xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyaya təqdim etdiyi son hesabatda bildirib.

Oktyabrın 21-də dərc olunan hesabata görə, 2025-ci ilin birinci yarısında İranda ən azı 612 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 119 faiz artım deməkdir.

Quterreş İslam Respublikasının ölüm hökmünün dayandırılması ilə bağlı beynəlxalq tövsiyələrə məhəl qoymamasından təəssüfləndiyini bildirib və ictimaiyyət qarşısında icra olunan edamları işgəncə və qeyri-insani rəftarın qadağan edilməsi barədə öhdəliklərə zidd adlandırıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 1184 məhbus edam edilib, onlardan 33-ü qadındır.

 





22.10.2025    çap et  çap et