Vaxt.Az

ABŞ məhdudiyyəti aradan qaldırdı...


 

... Ukrayna 2000 km aralıdakı zavodu vurdu

ABŞ məhdudiyyəti aradan qaldırdı... ABŞ Ukraynanın müttəfiqləri tərəfindən təchiz edilmiş uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırdı.

Bu, Ukraynaya Rusiya daxilindəki hədəflərə hücumları gücləndirməyə və Kremlə daha çox təzyiq göstərməyə imkan verəcək. ABŞ Rusiyaya qarşı uzaqmənzilli raket zərbələrinin daha da artacağını gözləyir.

Bundan başqa, ABŞ Maliyyə Naziri Skott Bessent Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılmasının bu axşam və ya sabah səhər elan ediləcəyini bildirmişdi. Tramp artıq qərarı təsdiqləyib.

Bu arada, Çelyabinsk ətrafı Kopeysk şəhərində plastmas zavodunun yaxınlığında güclü partlayış olub. Bu şəhər Ukraynadan iki min kilometr aralıda yerləşir.

 





23.10.2025    çap et  çap et