Bura Çempionlar Liqasıdır (ÇL). Burda 2 qələbə belə başından yuxarı tullanmaq deməkdi. “Qarabağ” artıq ciddi bir işin öhdəsindən gəlib. Bundan sonra nə qazanılsa, böyük qənimət və uğurdur.
Digər tərəfdən, məhz bu matç göstərdi ki, ÇL-də böyük uğur qazanmaq üçün təkcə sistem bəs eləmir. Sistemlə ancaq bu qədərinə nail olmaq olar. Ulduz futbolçular, eyni zamanda da ehtiyat skamyanın genişliyi lazımdır. Məsələn, məhz bu matçda biz mərkəz hücumçusunun yoxluğunu artıqlamasıyla hiss etdik. Olsaydı, pressinqi də yaxşı edə bilərdik, qol sayımız da çox olardı.
“Atletik”ə məğlubiyyət dünyanın sonu deyil. Onsuz 8 oyunun hamısını udası deyildik və nə vaxtsa başımıza gəlməli idi. İndi sakitləşmək, soyuq başla analizlər etmək, növbəti matçlara hazırlaşmaq lazımdı. Hələ 5 oyun var və hələ heç nə itirilməyib.