Vaxt.Az

Teymur Rəcəbov erməni ilə qarşılaşacaq


 

Şahmatçımız sonuncu turda çinli şahmatçıyla qarşılaşıb

Teymur Rəcəbov erməni ilə qarşılaşacaq Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov IV görüşünü keçirib.Turnirdə 1 dəfə məğlub olan, 1 dəfə heç-heçə edən və 1 dəfə də qələbə qazanan təmsilçimiz bu dəfə çinli şahmatçı Vanq Hao ilə üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan zəka sahibimiz rəqibi ilə xalları yarı bölüb.
Qeyd edək ki, aktivində 1 xal olan Rəcəbov yarışın V günündə ermənistanlı şahmatçı Levon Aronyanla qarşılaşacaq.
 





10.05.2013    çap et  çap et