Vaxt.Az

“Qarabag” tarix yazdı


 

5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı

“Qarabag” tarix yazdı “Qarabağ” klubu adını Çempionlar Liqası (ÇL) tarixinə qızıl hərflərlə yazdırıb. Oyunun 48-ci saniyəsində Ağdamlıların 15 nömrəli futbolçusu Leandro Andradenin vurduğu qol ÇL liqası tarixində vurulan ən erkən qol olub. Liqaya qatılan klubların gücünü nəzərə alsaq bu rekordun uzun zaman qırılmayacağını iddia etmək olar.

Oyunda digər qollar yerli komandadan gəlib. Birinci hissənin bitməsinə 5 dəqiqə qalmış müdafiəçilərin arxasına atılan uzun ötürmə nəticəsində qapıçı ilə təkbətək qalan ispan hücumçu Qorka Qruzeta hesaba bərabərləşdirib. İkinci hissədə (65 dəqiqə) Niko Vilyamsu əvəzləyən Robert Navaro oyuna girdikdən 5 dəqiqə sonra (70-ci dəqiqə) hesabı 2-1 etdi. Oyunda dubl edən Qorka Qruzeta yenə uzatmalarla birlikdə oyunun bitməsinə 5 dəqiqə qalmış (88-ci dəqiqə) sonuncu nöqtəni qoydu – 3-1.

Yeri gəlmişkən, “Qarabağ” 3 oyunda 6 qol vurub və qapısında da 5 qol görüb.

 





23.10.2025    çap et  çap et