Aslanların hücumçusu Viktor Osimhen bu komanda üçün çox şeydir. Bir “Frankfurt”la oyunda olmadı. Onda da 5 qol yedilər. Nigeriyalı meydana başqa bir aura verir. İndidən sonra “Qalatasaray”ın ilk 24-ə düşməsi öz əlindədir. İlk 8-lik demirəm, çünki orada monopoliya var.
Qarabağa gəldikdə isə Azərbaycan Liqasının komandası İspaniya, İngiltərə və Almaniya klubları ilə oynayacaq gücdə deyil. “Qalatasaray” 1-5 hesabı ilə “Frankfurta” uduzanda bizim jurnalistlər iddia edirdilər ki, “Qarabağ” almanları udardı. Amma bu gün reallıq göz önünə sərildi. Atletik 3 klass qol ataraq, oyunu qazandı. Reallıq odur ki, Azərbaycan futbolunun onlara çatmasına çox var.