Vaxt.AZ xəbər verir ki, prezident Tramp öz növbəsində Putinlə planlaşdırılan görüşü ləğv edib. (Bu görüşdən öz seçkiqabağı təbliğatında faydalanmaq istəyən Viktor Orban üçün pis xəbərdir). ABŞ maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək.
Daha bir vacib xəbər Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqqında qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbuludur.
Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu. Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır.