Vaxt.Az

“ChatGPT”dən ABŞ hökumətinə şikayət


 

Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər

“ChatGPT”dən ABŞ hökumətinə şikayət ABŞ-da yeddi istifadəçi “ChatGPT” süni intellekt çat-botunun onlarda ciddi hallüsinasiyalar, paranoya və emosional böhranlara səbəb olduğunu iddia edərək ABŞ Federal Ticarət Komissiyasına (FTC) şikayət edib.

Vaxt.AZ xəbər verir ki, şikayətçilər süni intellekt şirkətləri texnologiyalarının gələcəkdə əsas insan hüquqlarından birinə çevriləcəyini müdafiə edir, tərəfdarları isə süni intellekt inkişafını yavaşlatmağın strateji səhv olacağını bildirirlər. Bununla belə, bəzi istifadəçilər “ChatGPT” kimi alətlərin müəyyən hallarda ciddi psixoloji fəsadlar yarada biləcəyini vurğulayır.

Şikayətçilərdən biri çat-botla uzunmüddətli dialoqların onun həyatındakı insanlarla bağlı şübhələrə səbəb olduğunu bildirib. Digər bir istifadəçi isə “ChatGPT” ilə söhbətlər zamanı süni intellektin son dərəcə inandırıcı emosional dil istifadə etdiyini, zamanla isə manipulyativ düşüncələr təklif etməyə başladığını iddia edib.

Başqa bir istifadəçi “ChatGPT”nin insanlarda etimad yaradan davranış modellərini təqlid edərək şüuraltı təsirlərə səbəb olduğunu qeyd edib.

Bəzi onlayn platformalarda aparılan müzakirələrdə də qeyd olunur ki, “ChatGPT” kimi süni intellekt vasitələri müəyyən hallarda istifadəçilərdə psixoloji gərginlik və emosional təhriflərə yol aça bilər.

 





23.10.2025    çap et  çap et