Daha sonra Osimhenin topu ələ keçirməsindən sonra bu dəfə özü qol vuraraq Bodo qarşısında hesabı 3-0 edib. Çempionlar Liqasının ilk həftəsində “Frankfurt” qarşısında da fərqlənən Yunus, bu mövsüm Avropanın bir nömrəli turnirində ikinci dəfə qol sevinci yaşayıb.
Vaxt.AZ xəbər verir ki, İtaliyadan “Roma” və “Napoli”, İngiltərədən “Wolverhampton” və “Everton”, Almaniyadan isə “Stuttgart” “Qalatasaray” – “Bodo/Glimt” oyununu izləmək üçün skaut nümayəndəsi göndərib. “Atalanta” da Yunusun oyununu yaxından izləyir.
Yunusun bu performansından sonra 25 yaşlı futbolçuya mövsüm ortasında və ya sonunda Avropadan ciddi təkliflərin gələcəyi gözlənilir.
Bu mövsüm “Qalatasaray”da ümumilikdə 11 oyuna çıxan Yunus Ağgün 4 qol və 1 məhsuldar ötürməyə imza atıb. “Qalatasaray” ilə müqaviləsi 2029-cu ilə qədər davam edən futbolçunun hazırkı bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.