Siyahıda yeganə namizəd olan Şults 170 səsdən 162-ni qazanıb.
Avropa Komissiyasının prezidentliyinə namizəd olmuş Martin Şults mayın 25-i Avropa Parlamentinə seçkilərdə sosial-demokratların qeyri-qənaətbəxş nəticələrindən sonra məyus olmuşdu. Belə ki, əhəmiyyətli irəliləyiş olsa da, sosial-demokratlar qrupu əsas rəqiblərini - Avropa Xalq Partiyasını qabaqlaya bilməmişdi.
Qeyd edək ki, Avropa Xalq Partiyası Avropa Parlamentinin ən böyük siyasi qrupu olaraq qalmaqda davam edir.
Xatırladaq ki, sosial-demokratlar Avropa Parlamentində 191, Avropa Xalq Partiyası isə 221 nəfərlə təmsil olunacaq.