Vaxt.Az

Berlin mərkəzində çəkiclə işgəncə


 

Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi

Berlin mərkəzində çəkiclə işgəncə Berlində “çəkic işgəncəsi” kimi tanınan hadisədə yeni ifadələr məhkəməyə təqdim olunub. İran əsilli təqsirləndirilən Ramtin A., keçmiş iş ortağını əsir götürərək səkkiz saat boyunca bir ofisdə saxlayıb, 46 dəfə çəkiclə vurmaqda ittiham olunur. Hadisə zamanı onun şəriətə görə hərəkət etdiyini söylədiyi iddia edilir.

Əvvəlki məhkəmə iclasında sanıq həyatında ilk dəfə zorakılığa əl atdığını və davranışından utanığını bildirsə də, son iclasda dinlənilən şahid bu iddiaları təkzib edib.

Şahid Ömər N., şübhəlinin keçmiş iş ortağıdır. Ömər N. məhkəmədə verdiyi ifadədə Ramtin A.-nın onu dəfələrlə hədələdiyini, hətta bir dəfə Berlin Tor küçəsində bir binanın damından atmaqla qorxutduğunu bildirib.

Ömər N., işgəncə zamanı hadisə yerində olduğunu da etiraf edib. Şahidin sözlərinə görə, şübhəli qurbanını, “Lazım gəlsə, səni buradan cəsəd torbasında çıxararam”, – deyərək hədələyib.

“Əgər kimsə onun varlığı ilə oynasa, şəriətə görə öldürülməyə layiqdir”, – deyə şahid əlavə edib.

İddialara görə, işgəncənin səbəbi, qurbanın ortaq olduqları “Amazon” tədarük şirkətindən ayrılmaq istəməsi və bir vəkalət müqaviləsini saxtalaşdırması olub. 2022-ci ilin noyabrında Ömər N., hadisə yerində təhlükəsizlik kameralarının ola biləcəyini öyrənib. Ramtin A.-nın kameraları söndürmək göstərişinə baxmayaraq, ofisin sahibi olan əmisinin bu göstərişini yerinə yetirmədiyi qeyd edilir. N.-nin atası isə silinmiş sabit diskdəki görüntüləri xüsusi proqramla bərpa etməyi bacarıb. Bu kadrlar işin ən mühüm sübutu kimi dosyaya daxil edilib.

***

Şahid, şübhəlinin İranla əlaqəsi olduğunu da iddia edib. Ramtin A.-nın göstərişi ilə Ömər N. tez-tez böyük məbləğdə nağd pulu Berlin-Neuköllndəki “İmam Reza” məscidində təhvil verib və bu pulların İrana göndərildiyi iddia olunub.

Məhkəmədə təqdim olunan mesajlarda .übhəlinin N.-yə məscidlə əlaqə yaratması üçün vasitəçilik etdiyi görünür.

***

“B.Z.” qəzetinin xəbərinə görə, Ramtin A. hazırkı partnyoru ilə Hamburqdakı “Mavi Məscid”də, qadının ailəsinin də iştirak etdiyi dini nikah kəsib. Qeyd edək ki, bu məscid 2024-cü ilin iyulunda İran kəşfiyyatı ilə əlaqəli olduğu iddiasıyla bağlanmışdı.

Təqsirləndirilən Ramtin A. bütün iddiaları rədd edib: “Əslən mən əxlaq polisi ilə heç bir əlaqə saxlamamışam. 1986-cı ildə İrandan qaçdıq və o vaxtdan bəri geri dönməmişəm”.

Şübhəli şahid Ömər N.-nin söylədiklərini isə “tamamilə uydurma” adlandırıb.

 





23.10.2025    çap et  çap et