Vaxt.AZ “Wall Street Journal” (WSJ) istinadən xəbər verir ki, banklar bu əməliyyatı özlərini riskə atmadan həyata keçirməyə çalışırlar. Ad və vəzifələri açıqlanmayan mənbələr bildirir ki, normalda bu tip əməliyyatları həyata keçirən banklar ABŞ Maliyyə Nazirliyindən Buenos-Ayres hökumətinin kreditlər üçün hansı təminatı verəcəyini soruşublar. Kifayət qədər zəmanət təmin edilməsə, iqtisadi qeyri-sabitlik yaşayan Argentinaya kredit verilməyə bilər.
Argentina hökumətinin əvvəllər bir neçə dəfə ölkənin borclarını ödəyə bilməməsi də narahatlıq yaradır. Beynəlxalq Valyuta Fondundan (BVF) dəfələrlə alınan yardımlar ölkənin iqtisadiyyatını xilas etməyib. “WSJ” mənbələrinə görə, BVF-nin Argentinadan 60 milyard dollar alacağı var və qurum ABŞ-ın müdaxilə edərək ödənişdə üstünlük qazanmasından narahatdır.
ABŞ Maliyyə Nazirliyi isə “WSJ”yə danışarkən, danışıqların hələ də davam etdiyini bildirib.
Obama dövründə Maliyyə Nazirliyində çalışan iqtisadçı Brad Setser isə valyuta mübadiləsi sazişinin ABŞ iqtisadiyyatına yük gətirə biləcəyini vurğulayıb: “Bu əməliyyatların riskləri qeyri-adi dərəcədə yüksəkdir. Pesonun dəyəri düşsə – ki, bir çox ekspertlər bunu qaçılmaz görür – Maliyyə Nazirliyinin əlində dəyəri azalmış aktivlər qalacaq”.
Qeyd edək ki, Argentinanın milli valyutası peso bu il dollara qarşı 30% dəyər itirib.
Ölkədə eyni zamanda 26 oktyabrda parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Nümayəndələr Palatasının yarısı və Senatın üçdə biri yenidən seçiləcək.
Oktyabrın 14-də Ağ Evdə Mileyini qəbul edən Tramp, birgə mətbuat konfransında Argentina Prezidentinə, “Karyeran möhtəşəm idi və seçkilərlə davam edəcək. Bu seçkini qazanacaqsan. Səni dəstəkləyəcəyəm”, – deyib.
“O, dönüş nöqtəsi ərərfəsindədir. Məncə, həqiqətən möhtəşəm iqtisadi uğurun bir addımlığındadır”, – deyən Tramp Mileyinin çox populyar bir fiqur olduğunu qeyd edib.