Vaxt.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakinlərinə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev müəyyən edilərək tutulub.
Onun zərərçəkənlərin etibarından istifadə edib “birgə iş qurmaq” vədi ilə ümumilikdə 87 000 manat pulu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.