Vaxt.Az

Süni intellektin “Qarabağ” proqnozları


 

“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib

Süni intellektin “Qarabağ” proqnozları Süni intellekt platforması “Football Meets Data”, UEFA Çempionlar Liqasının qrup mərhələsindəki son vəziyyətə əsaslanaraq yenilənmiş proqnozlarını açıqlayıb. Platformanın analizinə görə, liqa mərhələsinin sonunda ilk 8 və ilk 24-də yer alacaq komandalar müəyyənləşib.Vaxt.AZ xəbər verir ki, “Football Meets Data”nın son analizinə görə “Qarabağ”ın 2025/26 UEFA Çempionlar Liqasındakı mərhələ ehtimalları belədir:

Pley-off mərhələsinə yüksəlmə: 9%

1/8 finala qalma: 4%

1/4 finala qalma: 1,2%

Yarımfinal: 0,3%

Final: 0,08%

Turniri qazanma ehtimalı: təxminən 0,02%

Analizdə qeyd olunur ki, “Qarabağ” “ilk 24” ehtimalı yüksək olan (9%) orta səviyyəli klublar qrupuna daxildir və performansı əsasən ev oyunlarında topladığı xallarla qiymətləndirilir. “Football Meets Data” “Qarabağ”ı bu mərhələdə “Club Brugge”, “PSV” və “Villarreal”la eyni kateqoriyada göstərib.

 





23.10.2025    çap et  çap et