Vaxt.Az

Qənirə Paşayeva mükafat aldı


 

Millət vəkilinə «İraq türkmənlərinə və Türk Dünyasına xidmət» ödülü verilib

Qənirə Paşayeva mükafat aldı Kərkük Kültür Dərnəyi tərəfindən millət vəkili Qənirə Paşayeva «İraq türkmənlərinə və Türk Dünyasına xidmət» ödülünə layiq görülüb.


Vaxt.az xəbər verir ki, mükafatı təqdim edən Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Küzeci millət vəkili Qənirə Paşayevanın «İraq türkmənlərinə və Türk Dünyasına xidmət» ödülünü Azərbaycanla İraq türkmənləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstək, İraq türkmənləri ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmənlərinin hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə   layiq görüldüyünü bildirib. Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Küzeci qardaş Azərbaycanla İraq Türkmənləri arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb və bütün Türk dünyasını İraq türkmənlərinə dəstəyi daha da artırmağa çağırıb.

İraq Türkmənləri bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd edib.

 





18.06.2014    çap et  çap et