Vaxt.AZ xəbər verir ki, “Starbucks” kimi qəhvə zəncirlərinin üstünlük verdiyi “Arabica” növünün qiymətləri 3,4%-dək qalxaraq funtu (təxminən 454 qram) 4,35 dollara çatdı və rekord qırdı. “Arabica” fyuçersləri fevral ayında ən böyük istehsalçı olan Braziliyadakı qeyri-sabit hava şəraitindən təsirlənəcəyi ilə bağlı narahatlıqların artması nəticəsində funtu 4,30 dollara qədər yüksələrək əvvəlki rekordu keçmişdi.
Bu vəziyyət xüsusilə ABŞ üçün əhəmiyyətli ola bilər. Çünki ABŞ-ın qəhvə şirkətləri, Trampın ölkəyə tətbiq etdiyi yüksək gömrük rüsumlarının avqust ayında qüvvəyə minməsindən sonra Braziliyalı şirkətlərlə yeni müqavilələri təxirə salır.