Bilirəm sizə inandırıcı görünməyə bilər, amma mənim öz hesablamam var. Fikrimcə, Ramiz Mehdiyev ümumiyyətlə, həbsxanaya göndərilməyəcək. Söhbət ondan getmir ki, Mehdiyevin hakimiyyəti şantaj etmək üçün ciddi və kifayət qədər faktları var.
Məsələ ondadır ki, Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva konkret olaraq erməni və meqrel qarışığı olan şəxsdir. Mehdiyevin istər sovet vaxtı, istərsə ondan sonra vəzifəyə yüksəlişi Qalinanın qurduğu planlar və əlaqələrinə görə baş verib.
Rusiyada olanlar bilir. Orda hər yüksəlişdə olan azərbaycanlının arxasında bir rus qadını durur. Həmin qadın da Rusiya xüsusi xidmət orqanlarının zabiti olur. Azərbaycanlını önə verib arxada istədiklərini edirlər. Mehdiyevin də idarəçiliyi Qalinanın əlindədir.
O üzdən Mehdiyevi sıxışdıracaqlar, hətta məhkəmə də quracaqlar, amma o, həbsxanaya getməyəcək. Onun ev həbsi, ətrafında yaradılan qalmaqal da qorxu yaratmaq, Mehdiyev şəbəkəsini dağıtmaq üçündür. Əslində isə bu Mehdiyev yox, Qalina şəbəkəsidir. Qalinanın da taxt-tacını yıxılmaq üzrədir.
Azərbaycanda da uzun illər Mehdiyevə işlədiyini düşünənlər əslində, Qalina üçün çalışıblar. 19 il Prezident Administrasiyasının idarə etməsi Qalinanın əlində olub.
çap et