“ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları və Prezident Donald Trampın Budapeşt sammitini ləğv etməsi Rusiyaya qarşı müharibə aktıdır”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev “MAX” platformasındakı kanalında yazıb.
“Əgər çoxsaylı şərhçilərdən kimdəsə hələ də illüziyalar qalıbsa, buyurun. ABŞ bizim düşmənimizdir. Onların çox danışan “sülhməramlısı” indi tam olaraq Rusiya ilə müharibə yoluna qədəm qoyub”, – Medvedev bildirib.
Sabiq prezidentin fikrincə, Trampın hərəkətlərinə haqq qazandırmaq onun Rusiyaya qarşı addımlar atması faktını dəyişmir: “Bu, əsas məsələni dəyişmir: qəbul edilmiş qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”.
çap et