Vaxt.Az

Hədəyə hədə ilə cavab


 

Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”

Hədəyə hədə ilə cavab Tramp Putinin “Burevestnik” sınağı ilə bağlı bəyanatını şərh etdi. ABŞ prezidenti Donald Trampdan Air Force One təyyarəsində jurnalist Rusiyanın yeni nüvə enerjisi ilə işləyən “Burevestnik” raketinin uğurlu sınağı barədə açıqlamasına münasibət bildirməsini xahiş edib. Raketin “8 000 mildən (təxminən 13 000 km) çox” məsafə qət edə biləcəyi bildirilir.

Tramp cavabında deyib ki, “Onlar yaxşı bilirlər ki, bizim onların sahillərinə yaxın, dünyanın ən güclü atom sualtı qayığı var. Buna görə də raketin 8 000 mil uçmasına ehtiyac yoxdur. Onlar bizimlə oyun oynamırlar, biz də onlarla oynamırıq. Biz də mütəmadi olaraq raket sınaqları keçiririk, amma dediyim kimi, bizim nüvə sualtı qayığımız var – bu qədər məsafəyə atəş açmağa ehtiyac yoxdur. Və bu arada, mən Putinin belə bəyanatlar verməsini yerində hesab etmirəm. O, bir həftə davam etməli olan, amma artıq dördüncü ilinə yaxınlaşan müharibəni bitirməlidir. Onun məşğul olması gərəkən məsələ budur, raket sınaqları deyil”.

 





27.10.2025    çap et  çap et