Katolikos bizim düşmənimizdir. Həm də qatı düşmənimizdir. Söhbət şər heykəli olan erməni katolikosundan gedir. Biz katolikosun bizə qarşı düşmənçiliyini cavabsız qoymadıq. Nikol Paşinyanın simasında biz də katolikosa qarşı öz əks qüvvəmizi, antidotumuzu yetişdirdik.
Və bu gün Nikol Paşinyan “bütün ermənilərin katolikosu” iddiası ilə meydanı qatıb-qarışdırmağa çalışan II Qaregini Erməni Apostol Kilsəsinin rəhbərliyindən uşaqlaşdırmaq üçün son həlledici addımlarını atır.
Hazırda Paşinyan-kilsə savaşında yeni, sonuncu mərhələ başlayıb. Baş nazir nəinki keşişlərin, artıq bütün erməni cəmiyyətinin katolikosa qarşı yönləndirilməsi üçün “düymə”yə basıb.
Nikol Paşinyan şəxsən özü də dini mərasimlərə qatılır və eyni zamanda, kilsə binalarının hüquqi baxımdan katolikosun nəzarətindən çıxarılması üçün qəti göstəriş verib.
Başqa sözlə desək, bu gün katolikosun ayağının altından yer qaçır. İkinci Qaregin gündən-günə təklənir. Paşinyan dövlətə və hakimiyyətə qarşı açıq müxalifətçilik mövqeyi nümayiş etdirən hazırkı katolikosu neytrallaşdırmaqla, əslində, kilsəni siyasətdən və ideoloji işlərdən uzaqlaşdırır.
Və beləliklə, uzun illər ərzində Azərbaycan və Türkiyəyə qarşı kin və nifrət püskürmüş, türk millətinə qarşı irqçiliyi və faşizmi təbliğ etmiş, ermənilərin bir neçə nəslini qatı millətçilik ideyaları ilə zəhərləmiş kilsənin denasifikasiyası həyata keçirilir. Bu isə öz növbəsində, müharibə canisi Robert Köçəryanın rəhbərlik etdiyi radikal siyasi müxalifətin ideoloji dayaqlarının sarsıdılması deməkdir.
çap et