Bu ilin oktyabr ayında İran zindanlarında ən azı 241 məhbus dar ağacından asılıb. Bununla bağlı, İranda İnsan Haqları Təşkilatı – “HENGAW” xəbər verib.
Məlumata görə, ölüm hökmü həyata keçirilən məhbuslardan 235-nin kimliyi müəyyənləşdirilib, digər altı nəfərin şəxsiyyəti isə hələ də açıqlanmayıb.
Bu rəqəm, 2024-cü ilin oktyabr ayında 161 edamla müqayisədə 80 nəfər (49,5%) artım göstərir. Oktyabr ayında həyata keçirilən edamlar, son 20 ildə ən yüksək aylıq göstərici olub.
İran hakimiyyəti son illərdə edam siyasətini artırıb, xüsusən də siyasi və hüquqi etirazların gücləndiyi dövrlərdə edamların sayı yüksəlir.
çap et