Vaxt.Az

İranda intiharlar gizlədilir


 

“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”

İranda intiharlar gizlədilir Tehran Tibb Elmləri Universitetinin gənc ginekoloqu Yasəmən Şiraninin intiharından bir həftə keçsə də, hadisə İranın tibb ictimaiyyətində dərin sarsıntı yaradıb. “Şərq” qəzetinin yazdığına görə, onun intiharı tibb sahəsində psixoloji təzyiq və iş şəraitinin ağırlığı ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Vaxt.AZ xəbər verir ki, qəzetin iddialarına görə, həkimlərin arasında psixoloji gərginlik, uzun növbələr, alçaldıcı münasibət və aşağı əmək haqları depressiya və canına qəsd hallarını artıran əsas amillər sayılır. Mütəxəssislər bildirirlər ki, bu cür halların əksəriyyəti ictimaiyyətə açıqlanmır.

Araşdırmalara görə, İran vətəndaşlarının 34 faizi həyatlarının bir mərhələsində intihar düşüncəsi keçirib. “The Lancet” jurnalının məlumatına əsasən, ölkədə hər il orta hesabla 13 rezident intihar nəticəsində həyatını itirir.

 





02.11.2025    çap et  çap et