Keçən həftə terrorçuların Mosul şəhərinin nəzarətini ələ almasından sonra Hindistanın Xarici İşlər Nazirliyinin bu gün açıqladığı bəyanatında deyilir ki, şəhərdə tikinti sahəsində işləyən 40 nəfər hindistanlı yaraqlılar tərəfindən girov götürülüb. Nazirliyin sözçüsü girov götürülənlər üçün pul tələb edilmədiyini və girovların yerinin məlum olmadığını bildirib. Sözçü eləcə də yaraqlıların nəzarətində olan Tikrit şəhərində 46 nəfər hindistanlı tibb bacısının olduğunu deyib.
İraqın baş naziri Nuri Əl-Maliki televiziya ilə etdiyi çıxışında təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini və terrorçulara cavab zərbələri endirəcəklərini deyib.
Bu gün İran prezidenti Həsən Ruhani də şiə dövlətlərinin əksəriyyətinin İraqın müqəddəs şəhərlərini qorumaq üçün əllərindən gələni edəcəklərinə söz verib və yaraqlıları terrorçu adlandırıb.