Türkiyədə zəhərlənmə sindromu ara vermir. Ötən həftə iki toyda 200-ə yaxın insanın xəstəxanaya aparılması, başqa hadisədə bir ailənin 4 üzvünün hoteldə həlak olması bunlara misal ola bilər. Başqa bir kütləvi zəhərlənmə İstanbuldakı restoranlardan birində baş verib.
İstanbulun Şişli rayonunda eyni restorandan lahmacun sifariş edən 25 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara aparılıb.
Şikayətlərdən sonra Əsəntəpə məhəlləsi, Böyükdərə prospektində yerləşən restorana polis, səhiyyə və başqa araşdırma əməkdaşları qrupları göndərilib. Rəsmilər restoranda satılan məhsullardan nümunələr götürüb, yoxlamalar aparıb. Bundan başqa sənədsiz fəaliyyət göstərdiyi müəyyənləşən restoran bağlanılıb. Məlumata görə, həmin restoran barədə daha əvvəl də 3 dəfə bağladılıbma qərarı çıxıb. Sonuncusu noyabrın 5-də olub.
Hadisə ilə bağlı açıqlama verən səhiyyə rəsmisi Abdullah Əmrə Günər zəhərlənənlərin vəziyyətinin yaxşı olduğunu bildirib.
çap et