Almaniyanın Bremen şəhərinin Vahr qəsəbəsində yerləşən bir kilsədən təxminən 300 kiloqram ağırlığında bürüncdən hazırlanmış zəng oğurlanıb.Oğrular iki həftə əvvəl zəngin montaj aparatı sökülərək aparılmağa cəhd edilib. Həmin vaxt zəng yerə düşərək səs-küy yaradıb və qonşuların diqqətini çəkib.
Şübhəlilər daha sonra gecə saatlarında geri qayıdaraq zəngi tam şəkildə aparıblar.
Polis zəngin dəyərinin təxminən 10 min avro olduğunu açıqlayıb. Şahidlər hadisə ilə bağlı şübhəli nəqliyyat vasitələri barədə məlumat verib.
çap et