Vaxt.Az

“Uşaqlarınızı qurban verməyə hazırısınız?”


 

Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu

“Uşaqlarınızı qurban verməyə hazırısınız?” Fransa Baş qərargah rəisi Fabien Mandonun işlətdiyi sözlərə silkələnir. Dörd gündür davam edən müzakirələrdə Fabien Mandonun bələdiyyə başçıları konqresindəki çıxışında səsləndirdiyi “Fransızlar təhlükəsizlik üçün iqtisadi böhrana və lazım gələrsə uşaqlarını qurban verməyə hazır olmaq lazımdır” sözləri ölkədə böyük etiraza səbəb olub.

Bununla bağlı açıqlama verən prezident Emmanuel Makron “G20” Zirvəsi üçün səfərdə olduğu Yohannesburqda Mandon üçün “tam etibarını” ifadə edib.

Makron müzakirələrə dair açıqlamasında “Mandonun sözləri kontekstdən çıxarılaraq qorxu yaratmaq üçün istifadə edildi. Onun çıxışı bundan daha geniş və əhatəli idi”.

Makron, Mandonun çıxışının bir cümləyə endirilməsini tənqid edib:

“Çıxış bundan qat-qat əhatəlidir. Bir çox tərəf bunu digər siyasi məqsədlərlə təhrif etdi. Mən təslimçilik ruhuna qapılmaram, məğlubiyyətə boyun əymərəm”.

Hadisənin dərhal sonra sol müxalifət sərt reaksiya göstərmişdi. Jan-Lük Melenşon “Tamamilə qarşıyam” deyərkən, Fabien Russel (PCF) “Müdafiəyə bəli, müharibə çağırışına xeyr!” demişdi.

Makronun açıqlamaları isə bu reaksiyaları sakitləşdirməyib.

Makron isə bildirir ki, baş qərargah rəisi çıxışında Rusiyanın Avropa üçün artan təhdidinə diqqət çəkərək, “Fransa özünü qorumaq üçün əziyyət çəkməyə hazır olmalıdır. Əgər ölkə uşaqlarını itirməyə hazır deyilsə, risk altındayıq”, – deyib.


 





23.11.2025    çap et  çap et