ABŞ Dövlət Departamenti rəsmi şəkildə Maduro rejimini xarici terror təşkilatı kimi tanıdı. Bu qərar, faktiki olaraq Venesuelaya qarşı hərbi hücumu beynəlxalq hüquq baxımından legitimləşdirir.
Bundan əlavə Maduro rejiminin terror təşkilatı kimi tanınması bunları nəzərdə tutur:
– Xarici aktivlərin dərhal dondurulması;
– Dünyanın hər yerində rejim tərəfdarların cinayət məsuliyyətinə cəlb edilməsi.
Hal-hazırsa Venesuela hava məkanı faktiki olaraq boşdur(Ukrayna hava məkanı kimi) və ABŞ tərəfindən hava hücumların başlanma ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, Venesuela dünyada ən böyük neft ehtiyatlarına malik olan ölkədir, amma sərt sanksiyalar səbəbindən Venesuela nefti dünya bazarına buraxılmır və Çin bu durumdan yararlanır: Venesuela neft ixracının 90%-i məhz Çinə gedir.
çap et