İranda yeni benzin qiymət sistemi qüvvəyə minib və 2019-cu ildən bəri ilk dəfə yanacaq bahalaşıb. Qərar iqtisadi sanksiyalar, yüksək inflyasiya və rialın dəyərdən düşməsi fonunda qəbul edilib.
Vaxt.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, yeni qaydalara görə, sürücülər aylıq 60 litr subsidiyalı benzini litri təxminən 0,36 dollara ala biləcəklər. Növbəti 100 litr üçün qiymət 0,71 dollara yüksəlir, bu həddi aşan yanacaq isə litri 1,19 dollara satılacaq. Kvotadan artıq istehlak üçün qiymət 5 min (2 manat) tümən müəyyən edilib.
Hökumət onlayn platformalarda fəaliyyət göstərən nəqliyyat vasitələri üçün aylıq 200 litr benzin və 95 litr ikili yanacaq limiti tətbiq edib. Sıfır emissiyalı yerli nəqliyyat vasitələri isə yalnız dəyəri 1 milyard tüməndən (13311 manat) az olduqda kvotaya tabe olacaq.
çap et