Vaxt.Az

Trampın oğlu nişanlandı


 

ABŞ prezidenti bankirlə quda olur

Trampın oğlu nişanlandı ABŞ-nin prezident Donald Trampın böyük oğlu Donald Tramp Jr. sosial şəbəkə fenomeni və xeyriyyəçi Bettina Anderson ilə rəsmi nişanlandığını elan edib.

Vaxt.AZ “Reuters”ə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı bu xəbəri Ağ Evdə keçirilən Milad mərasimində açıqlayıb. Cütlüyün münasibəti təxminən bir il əvvəl başladığı bildirilir.

Bettina Anderson “Palm Beach”in Florida təmsilçisidir və yerli elit təbəqənin tanınmış simalarındandır. Sosial şəbəkə fenomeni olan Anderson model kimi də fəaliyyət göstərir.

Kolumbiya Universitetində incəsənət tarixi üzrə təhsil alan Anderson xeyriyyəçilik fəaliyyəti ilə də məşğuldur. Onun 2005-ci ildə qardaşları ilə birlikdə təsis etdiyi qeyri kommersiya təşkilatı “The Paradise Fund / Project Paradise” təbiət mühafizəsi, fəlakət yardımı proqramları və ətraf mühitin qorunması ilə tanınır.

ABŞ Prezidenti Donald Trampın yeni qudaları “Palm Beachdə” köklü və nüfuzlu ailə sayılır. Harri Loy Anderson Jr. bankirdir. Anderson xeyriyyə layihələrində də aktivdir və mütəmadi olaraq ətraf mühit və ictimai fayda layihələrinə dəstək verir.

Donald Tramp Jr. özü bundan əvvəl Vanessa Tramp ilə evli olub və bu nikahdan beş uşağı var. Vanessa 2018-ci ildə boşanma ilə bağlı məhkəməyə müraciət edəndən sonra bu evlilik sona çatmışdı.

Prezidentin oğlu daha sonra Kimberli Quilfoyl ilə nişanlı olsa da, cütlüyün münasibəti yarımçıq qaldı.


 





16.12.2025    çap et  çap et