Vaxt.Az

Biləsuvar gömrüyündə nə baş verir?


 

Vətəndaşlar saatlardır gözlədilir

Biləsuvar gömrüyündə nə baş verir? Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlarımız Biləsuvar gömrük postunda problemlə üzləşib.

Vaxt.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, Naxçıvandan gələn sərnişinlər sübh tezdən - saat 04:27-dən indiyə qədər Biləsuvar gömrük postunda qalıb.

Havanın soyuq keçməsi onların işini daha da qəlizləşdirib. Açıq havada gözləyən vətəndaşlar saatlardır açıq havada qalıblar.

Şikayətçi bildirir ki, bu barədə onlara heç bir açıqlama verilməyib.

<iframe width="100%" height="480" src="https://player.bax.tv/embed/217280.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>

 





17.12.2025    çap et  çap et