Almaniya Kansleri Fredrix Merz Berlində keçirilən Almaniya-Ukrayna İqtisadi Forumunda çıxışı zamanı duyğusal anlar yaşayıb.Vaxt.AZ “Dailymotion”a istinadən xəbər verir ki, Merz çıxışında Ukraynaya dəstək və davam edən münaqişənin nəticələri barədə danışarkən göz yaşlarını saxlaya bilməyib. Bu anlar, Ukrayna Prezidenti Vladimir Zelenski səhnəyə çıxdıqdan sonra baş verib və çıxışın başlanğıcında Merzin səsi aydın şəkildə titrəyib.
Kansler çıxışında Rusiyanın Ukraynaya qarşı davam edən hərbi əməliyyatlarını vurğulayıb və bildirib ki, savaşın nəticələri Almaniya hökuməti üçün uzun müddət yük yaradır: “Bəzən səhər oyandığımda bir anlıq düşünürəm: ‘Bəlkə bu yalnız pis bir yuxudur?””. Merz bu sözləri bu zaman onun duyğularına hakim olmaqda çətinlik çəkib.
Forum, Ukraynaya iqtisadi və diplomatik dəstəyi gücləndirməyə yönəlmiş illik görüşlərdən biri idi. Bu ilki tədbirdə həm Merz, həm də Zelenski iştirak edib. Zelenski Almaniyanın Ukraynaya verdiyi dəstəyə təşəkkürünü bildirib, Merz isə çıxışında bu dəstəyin vacibliyini bir daha vurğulayıb.
çap et