Qlobal bazarlarda qiymətli metallara tələbin artması gümüş və paladium qiymətlərində də kəskin yüksəlişə səbəb olub. Spot gümüş bu gün %1,74 artaraq 72,68 dollar səviyyəsinə yüksəlib və bütün dövrlərin ən yüksək qiymətini görüb.Vaxt.AZ xəbər verir ki, paladium da yüksəliş trendindən kənarda qalmayıb. Gün ərzində təxminən 3% dəyər qazanan spot paladium 1.919,69 dollara yüksələrək son üç ilin zirvəsinə çatıb. Qiymətli metallar bazarında müşahidə olunan bu canlanma qlobal miqyasda geosiyasi proseslərin əmtəə bazarlarına təsirinin davam etdiyini göstərir.
Ekspertlər qeyd edirlər ki, xüsusilə beynəlxalq gərginliklər və sanksiyalar fonunda qiymətli metallara olan maraq artmaqda davam edir və bu tendensiya yaxın dövrdə də qiymətlərə dəstək verə bilər.
çap et