Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücumun birinci ildönümündə həlak olanlar və onların yaxınları üçün anım mərasimi keçirilib.
Vaxt.AZ xarici KİV-ə istinadən xəbər verir ki, mərasim zamanı emosional anlar yaşanarkən, Almaniya kansleri Fridrix Merz gözləmədiyi reaksiya ilə üzləşib.
Anım mərasimində çıxış edən kansler hökumətin zərərçəkənlər və onların ailələri ilə həmrəyliyini davam etdirəcəyini vurğulayıb: “Bu gün də, gələcəkdə də yanınızdayıq. Əgər bu dəstək yetərli olmayıbsa, bunu düzəltmək və yaxşılaşdırmaq bizim məsuliyyətimizdir”.
Kansler Almaniyanın əsas dəyərlərinə də toxunub. O, ölkənin insan həyatını hər şeydən üstün tutan anlayışa sahib olduğunu, hər bir fərdin həyatının ən ali dəyər kimi qəbul edildiyini qeyd edib.
Çıxışını güclü birlik mesajı ilə yekunlaşdıran Merz haqsızlıq qarşısında qeyd-şərtsiz həmrəyliyə, zorakılığın yayıldığı anlarda birlikdə dayanmağa və zorakılığa məruz qalanlara qətiyyətlə dəstək verməyə çağırıb.
Merz və onu müşayiət edən nümayəndə heyəti Maqdeburq küçələrində etiraz aksiyası ilə də qarşılaşıb.
Mühafizə altında hərəkət edən Merz və komandasına vətəndaşlar sərt reaksiya göstərib. Etirazçılar “Rədd ol, yalançı kansler, utanın, axmaq, səni burada istəmirik, evinə get, ikiüzlü” kimi ifadələrlə Merzə etiraz ediblər.
çap et