ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit okean və Karib hövzəsində narkotik daşıdığı iddia edilən qayıqların vurulduğunu və nəticədə 11 nəfərin öldürüldüyünü açıqlayıb.Vaxt.AZ xəbər verir ki, “SOUTHCOM” hücumlarla bağlı məlumatı ABŞ mərkəzli “X” sosial media platformasında yayımlayıb.
Açıqlamada qeyd olunub ki, Şərqi Sakit okean və Karib hövzəsində narkotik daşınmasında şübhəli bilinən üç qayıq hədəfə alınıb və hücum nəticəsində həmin qayıqlarda olan 11 nəfər öldürülüb.
Bildirilir ki, kəşfiyyat məlumatları sözügedən qayıqların narkotik qaçaqmalçılığı fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyib. Açıqlamaya hücum anlarını əks etdirən görüntülər də əlavə olunub.
ABŞ ordusunun son dövrlərdə Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən bəzi qayıqlara qarşı hücumlar həyata keçirməsi və içəridə olan şəxsləri birbaşa hədəfə alması beynəlxalq ictimaiyyətdə “məhkəməsiz edam” müzakirələrinə səbəb olur.
çap et