Dünyada ən çox atom sualtı qayıqları olan ölkə ABŞ-dır. Qayıq sözü heç kimi aldatmasın. Çünki onlar subasımı 7000 tondan 13000 tonadək olan, qiyməti isə 5 milyard dollara çatan böyük, sürətli (suyun altında 30 dəniz düyünü və ya 55,6 km/saat sürəti olan) sualtı gəmilərdir.
ABŞ-ın rəsmi olaraq hər an döyüşə hazır vəziyyətdə 11 aviadaşıyıcı gəmi qrupu və 2 ehtiyatda və ya təmirdə olan aviadaşıyıcısı var ki, bizim sovet ordu hesabı ilə hərəsinin göyərtəsində 2,5-3 qarışıq tipli aviasiya alayı var. Əgər gərginlik dövründə bu aviadaşıyıcı qrupunu 4 sualtı qayıq (hər 4 istiqamətdən) müşayiət etməli olduğunu nəzərə alsaq, bu məqsəd üçün onlara 44 sualtı qayıq lazımdır. Onların isə bu məqsədləri yerinə yetirə bilən 23 ədəd “Virciniya” tipli, 23 ədəd “Los-Anceles”, 3 ədəd “SiVulf” tipli sualtı qayıqları var. Qalan 22 ədəd “Ohayo” və “Kolumbiya” tipli sualtı qayıqlar isə nüvə triadasının əsas dəniz elementi olaraq, ABŞ nüvə arsenalının 54% özlərində daşıyaraq, okeanın gözlənilməz nöqtələrindən 1260 nüvə başlığı olan 240 qitələr arası ballistik raketlə, döyüş növbəsindədirlər. Əslində o QABR sayını 240 dan 328-ə çatdırmaq olar. Sadəcə SSRİ ilə bağlanmış Strateji Nüvə Silahlarının məhdudlaşdırılması müqaviləsinə görə, qayıqların bir neçə raket şaxtaları boş olur.
Bundan əlavə aviadaşıyıcı qrupunda bir və ya iki “Tikanderoqa”
(və ya perspektiv analoq) kreyser olur ki, onun da hərəsinin Mk-41 tipli 122 ədəd
raket şaxtasında əməliyyat tapşırığından asılı olaraq ya “Tomohavk”, ya “Harpoon”
raketi, ya da “SM-3M” raket hücumundan müdafiə və ya peyk vuran raketlər yerləşdirmək
olur. Bundan əlavə aviadaşıyıcı qrupun hazırda ümumi sayı 80-ə çatan “Arli Börk”
tipli 3 ya 4 eskadra minadaşıyan müşayiət edir ki, onların da hərəsində 98 ədəd
“Mk-41” tipli analoji raket şaxtası var. Bunlar aviadaşıyıcı qrupun əsas döyüş
vahidləridir. Amma qrupa operativ şəraitdən asılı olaraq müxtəlif kiçik döyüş gəmiləri
də daxil edilə bilər ki, onların da 32-68 ədəd Mk-41 tipli raket şaxtaları ola
bilir.

Bütün bu nəhəng mexanizmi etibarlı və dəqiq döyüş idarəetməsi, müdafiəsi üçün, gəmiləri bir kompüterin müxtəlif qovşaqları kimi bir birində birləşdirən “Egida” tipli Döyüşün Avtomatik İdarəetmə sistemi var. Bu sistemin köməyi ilə bütün eskadradanın istənilən döyüş sistemlərini hər bir gəminin döyüş komanda məntəqəsindən idarə etmək mümkündür. “Egida” sistemi bütün gəmilərdə və təyyarələrdə yerləşmiş radarlar vasitəsilə Aviadaşıyıcı qrupun ətrafında havada və su səthində 1200-1300 kilometr radiusda hər bir hədəfə nəzarət və onu məhv etmək imkanı, suyun altında isə aviadaşıyıcı gəmini halqaya götürüb müşayiət edən gəmilərin ətrafında 70 kilometr radiusunda keçilməz halqa, radiusu 350-400 km olan nəzarət və müşahidə halqası qura bilirlər.
Hesabla dünyadakı ölkələrin arasında yalnız Çin Xalq Respublikası, hazırkı templə inkişafını azaltmasa, bu döyüş kompleksinin indiki vəziyyətdə olan analoqunu təxminən 25-30 ildən sonra qura bilər. Başqa dövlətlər üçün bu vəzifə çox fantastik olduğu üçün, vaxt ölçüsünü təsəvvür etmək belə mümkün deyil.
çap et