Vaxt.Az

Telefon terroru, yoxsa?


 

Metroda bomba olması haqda FHN-ə zəng olunub

Telefon terroru, yoxsa? Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında partlayıcı qurğunun yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıb.
Sonra FHN mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə metroda axtarış işləri aparıb.
Stansiyada və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməyib.

 





23.06.2013    çap et  çap et