Vaxt.Az

İraqda neft istehsalı dayandı


 

Nazir: “Hörmüzün bağlanması layihələrin davamını çətinləşdirir”

İraqda neft istehsalı dayandı İraq Neft Nazirliyi müharibənin yaratdığı mövcud vəziyyət səbəbindən qara qızıl istehsalını böyük miqyasda dayandırdığını deyib.

Vaxt.az xəbər verir ki, ixrac işlərindən məsul nazir müavini Basim Məhəmməd Hüdeyr ölkənin rəsmi xəbər agentliyi INA-ya açıqlamasında, “Müharibənin yaratdığı mövcud vəziyyət səbəbindən ölkədəki neft sahələri və layihələr böyük ölçüdə dayandırılıb”, – deyib.

Hüdeyr bildirib ki, müharibə sona çatsa, neft sahələrində istehsal bir neçə gün ərzində əvvəlki səviyyəsinə qayıda bilər. Qaz layihələri isə tam dayanmayıb, lakin onların davamlılığı və həyata keçirilməsi birbaşa müharibənin bitməsinə bağlıdır.

O, ən böyük çətinliyin tamamilə idxala və logistika dəstəyinə bağlı inşaat layihələrində olduğunu qeyd edib: “Hörmüz boğazının bağlanması bu həyati layihələrin davam etdirilməsini çətinləşdirir”.

Məlumatda həmçinin vurğulanır ki, mövcud şəraitdə təchizat zənciri və beynəlxalq logistika məhdudiyyətləri ölkənin enerji sektoruna əlavə təzyiq göstərir.

 





27.03.2026    çap et  çap et