Hindistan Müdafiə Nazirliyi Rusiyadan yeni “S-400” hava hücumundan müdafiə (HHM) sistemlərini də əhatə edən 25 milyard dollarlıq hərbi satınalma planını təsdiqləyib.Vaxt.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada verilən məlumata görə, Müdafiə Tədarük Şurası ordu üçün nəzərdə tutulan 25 milyard dollarlıq büdcəni qəbul edib.
Bu büdcə çərçivəsində Rusiyadan əlavə “S-400” sistemlərinin tədarükü planlaşdırılır.
Hindistan 2018-ci ildə Rusiyadan 5,3 milyard dollarlıq “S-400” anlaşması imzalamışdı. Həmin razılaşmaya əsasən toplam 5 sistemdən 2-sinin hələ təhvili tamamlanmayıb.
çap et